ABŞ ilə danışıqlardan əvvəl İranda hakimiyyətə dəstək aksiyaları başlayıb

2023/04/1682489903.jpg
Oxunub: 320     12:35     11 Aprel 2026    
İran əhalisi kütləvi aksiyalarla ölkə hakimiyyətinə və silahlı qüvvələrinə dəstəyini nümayiş etdirir.

Ordu.az xəbər verir ki, bu, müharibənin dayandırılması ilə bağlı ABŞ ilə gözlənilən danışıqlar ərəfəsində baş verir.

Buşehr şəhərindəki vəziyyətin təfərrüatlarını “İzvestiya”nın müxbiri Naser Aşkeri təqdim edib.

Jurnalistin sözlərinə görə, yerli sakinlər bu günlərdə elan olunmuş atəşkəsi və ondan irəli gələn şərtləri fəal şəkildə müzakirə edirlər.

“Bu atəşkəs ABŞ-nin xahişi və İranın irəli sürdüyü 10 şərt əsasında əldə olunub. Əgər onlar qəbul edilməsə, atəşkəs ləğv olunacaq və müharibənin sonuna qədər İran xalqı öz silahlı qüvvələrini dəstəkləməyə davam edəcək”, - deyə müxbir bildirib.

Jurnalist əlavə edib ki, bir çox iranlı əldə olunmuş razılaşmaya şübhə ilə yanaşır və dövlətə dəstəyini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Aksiya  


Bizi "telegram"da izləyin