ABŞ prezidenti hesab etmir ki, İran üzərində qələbə barədə tələsik danışıb

2026/03/Ekran-1774379066.jpg
Oxunub: 423     09:14     10 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp İran üzərində hərbi qələbə barədə açıqlamasının vaxtından əvvəl olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Biz şübhəsiz qalib gəlmişik və bu qiymətləndirmədə “vaxtından əvvəl” heç nə yoxdur”, - deyə o, “TruthSocial social” şəbəkəsində yazıb.

Tramp, həmçinin qeyd edib: “İran heç vaxt nüvə silahına malik olmayacaq və çox yaxın zamanda neft daşımalarının bərpasını görəcəksiniz”.

Eyni zamanda, ABŞ prezidenti hesab edir ki, Hörmüz boğazından tanker keçidi məsələsi “ya İranın köməyi ilə, ya da onsuz” həll edilə bilər.

Tramp “Wall Street Journal”da dərc olunan və İran üzərində qələbə elan etmək üçün hələ tez olduğu qeyd edilən məqaləyə də münasibət bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin