Ordu.az xəbər verir ki, Robert Fitso bu barədə STVR dövlət televiziya kanalında yayımlanan “Saturday Talks” proqramında danışıb.
Baş nazir bildirib ki, Slovakiya nümayəndə heyətinin mandatında Ukraynaya növbəti hərbi kreditin maliyyələşdirilməsində iştirak nəzərdə tutulmamalıdır.
“Mən Ankaraya gedəcək nümayəndə heyətinin Slovakiyanı Ukraynaya hərbi kredit ayrılması prosesinə cəlb etməsinin qarşısını almaq üçün bütün danışıqları bu istiqamətdə aparacağam”, - deyə Fitso vurğulayıb.
Onun sözlərinə görə, NATO Sammitində Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi məqsədilə yeni kredit ayrılması barədə qərar qəbul oluna bilər.
“Digər ölkələrin müharibə üçün vəsait toplamasına mane ola bilmərik”, - deyə Slovakiya Baş naziri əlavə edib.
Fitso bir daha qeyd edib ki, Slovakiya dövlət büdcəsindən Ukraynaya silah alınması üçün maliyyə və ya hərbi vəsait ayrılmasını qəti şəkildə rədd edir və münaqişənin diplomatik yollarla həllini dəstəkləyir.
O, əvvəlki Slovakiya hökumətlərini “MiQ-29” qırıcılarını və S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərməklə ölkənin müdafiə imkanlarını zəiflətməkdə ittiham edib.
Baş nazir həmçinin Avropa İttifaqı və Avropa Komissiyasından Slovakiyaya göndərilmiş silah və hərbi texnikaya görə təxminən 700 milyon avro kompensasiya ödənilməsini tələb edib.
Sevinc Əliyeva
Ordu.az