Pakistanda atışma və güclü partlayış baş verib

2026/06/1781948417.jpg
Oxunub: 204     20:55     27 İyun 2026    
Pakistanın Kəraçi şəhərinin Gülüstani-Cövhər rayonunda atəş səsləri eşidilib və partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli polisə istinadən məlumat yayıb.

"Sind əyalətinin 1122 Xilasetmə Xidməti Gülüstani-Cövhərdə partlayış barədə məlumat alıb və dərhal hadisə yerinə xilasetmə briqadası yönəldib", - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə yerinə polis xüsusi təyinatlıları və Çevik Reaksiya Qüvvələrinin əməkdaşları da gəlib, lakin hələlik xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.

Nəşrin məlumatına görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin