Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif Donald Trampdan İran üçün müəyyən edilmiş müddəti iki həftə təxirə salmağı xahiş etmişdi.
O, eyni zamanda İrandan həmin müddət ərzində Hörmüz boğazını açmağı istəyib.
Şərifin bu bəyanatı Trampın İran infrastrukturuna qarşı saziş və ya genişmiqyaslı bombardmanların başlanması üçün müəyyən etdiyi son vaxta beş saat qalmış səslənib.
Pakistan son bir neçə həftə ərzində ABŞ ilə İran arasında əsas vasitəçi olub.
“Axios”un yazdığına görə, son 24 saat ərzində ABŞ ilə İran arasındakı danışıqlarda irəliləyiş əldə olunub.
Həmin təklif hər iki tərəfi danışıqları müvəqqəti olaraq təxirə salmağa vadar edə bilər.
İranın yüksək vəzifəli rəsmisi “Reuters”ə bildirib ki, Tehran Pakistanın təklifini “müsbət şəkildə nəzərdən keçirir”.
Sevinc Əliyeva
Ordu.az