İran Qətər, BƏƏ, Bəhreyn və Küveytə eyni vaxtda raket hücumu həyata keçirib

2026/03/raket-1772387554.jpg
Oxunub: 225     00:03     08 Aprel 2026    
İran Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytə eyni vaxtda raket hücumu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

Bəhreyn Daxili İşlər Nazirliyi bütün ölkə üzrə hava həyəcanı siqnallarının verildiyini açıqlayıb.

“Al Jazeera”nın yaydığı məlumata görə, qurum vətəndaşları sakit olmağa və ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb.

“Vətəndaşları sakitliyi qorumağa və ən yaxın təhlükəsiz yerə keçməyə çağırırıq”, - deyə nazirliyin bəyanatında bildirilib.

Öz növbəsində, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bəyan edib ki, onun hava hücumundan müdafiə qüvvələri raket və pilotsuz uçuş aparatı təhdidlərinə “aktiv şəkildə cavab verir”.

Nazirliyin açıqlamasına görə, bütün ölkə üzrə eşidilən səslər raketlərin və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edən döyüş əməliyyatlarının nəticəsidir.

Qətər hakimiyyəti isə öz növbəsində yüksək təhlükə səviyyəsi elan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket  


Bizi "telegram"da izləyin