İsrail televiziya kanalı İranın “sivilizasiyasının məhvi” üçün geri sayım sayğacı işə salıb

2026/04/1775592347.jpg
Oxunub: 530     00:05     08 Aprel 2026    
İsrailin “Channel 13” televiziya kanalı ABŞ prezidenti Donald Trampın İran üçün sülh razılaşması ilə bağlı müəyyən etdiyi son müddətə geri sayım sayğacı işə salıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

ABŞ prezidenti bu gün axşam “bütün sivilizasiyanı məhv edəcəyini” vəd edib.

Sayğac İsrail televiziya kanalının xəbər buraxılışı zamanı nümayiş etdirilib. Aparıcının masasının qarşısındakı ekranda Donald Trampın portreti və “Son müddət” yazısı olan sayğac göstərilib.

Xatırladaq ki, ABŞ prezidentinin müəyyən etdiyi “son müddət” Vaşinqton vaxtı ilə saat 20:00-da başa çatır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin