“The Washington Post”: Heqsetin İranla bağlı açıqlamaları mövcud vəziyyəti əks etdirmir

2026/03/1773409534.jpg
Oxunub: 441     00:04     08 Aprel 2026    
Amerikalı rəsmilər və analitiklər hesab edirlər ki, ABŞ-nin müharibə naziri Pit Heqsetin müharibənin gedişi ilə bağlı açıqlamaları həddindən artıq optimistdir və döyüş meydanında mövcud real vəziyyətə ziddir.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazır.

Nəşrin bəzi mənbələri bildirir ki, Hegsethin ictimai ritorikası mövcud kəşfiyyat qiymətləndirmələrini əks etdirmir və hazırkı vəziyyətlə bağlı yanıldıcı ola bilər.

Mətbuat orqanının qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Tramp İranla müharibəni qeyd-şərtsiz uğur kimi qiymətləndirməyə davam edir və bazar ertəsi bildirib ki, ABŞ “inanılmaz dərəcədə möhtəşəm” fəaliyyət göstərib.

Öz növbəsində, Heqset bildirib ki, ABŞ qüvvələri Tehranın “başını qarışdırıb və onu alçaldıb”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   İran  


Bizi "telegram"da izləyin