Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ABŞ Müharibə Nazirliyinin məlumatları, Konqres araşdırmaları və Körfəz müharibəsinin hava gücü üzrə hesabatına əsaslanan hesablamalarına görə, “Epic Fury” əməliyyatı zamanı 850 uzaqmənzilli raket buraxılıb və bu, iki onillik əvvəl “Iraqi Freedom” əməliyyatı zamanı buraxılan 802 raketi üstələyib.
Qrafik 1991-ci ildə “Səhrada Fırtına” əməliyyatından başlayaraq hazırkı münaqişəyə qədər “Tomahawk” zərbələrinin tətbiq olunduğu bütün əsas ABŞ hərbi əməliyyatlarını sıralayır.
İlk iki əməliyyat arasındakı fərq nisbətən azdır, lakin hər ikisinin miqyası əvvəlkilərdən xeyli böyükdür. 1998-ci ildə İraqa qarşı “Desert Fox” əməliyyatı 325 raketlə üçüncü yeri tutur, ardından “Desert Storm” (288), Yuqoslaviya üzərində “Noble Anvil” (218) və Liviyada “Odyssey Dawn” (199) gəlir.
“Tomahawk” nədir?
“Tomahawk” ABŞ Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının onilliklərdir istifadə etdiyi, möhkəmləndirilmiş və ya yüksək əhəmiyyətli hədəflərə uzaq məsafədən dəqiq zərbələr endirmək üçün nəzərdə tutulmuş subsonik, yüksək dəqiqlikli “yer-hədəf” qanadlı raketdir. Bu miqyasda istifadəsi davamlı və yüksək intensivlikli kampaniyaya işarə edir.
CSIS məlumatlarında qeyd olunur ki, 2026-cı ildə ABŞ Quru Qoşunları və Dəniz Piyada Korpusu üçün əlavə 190 “Tomahawk” tədarükü planlaşdırılır ki, bu da silahın yenidən tətbiq oluna biləcəyini göstərir.
Sevinc Əliyeva
Ordu.az