Ordu.az xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” “Telegram” kanalı məlumat yayıb.
“Tezliklə yeni, gizli silah tətbiq ediləcək və bu, düşmənin hərəkətlərinə son qoyacaq”, - deyə “İranlı jurnalistin gündəliyi” “Telegram” kanalı general-mayor Abdullahidən sitat gətirib.
ABŞ prezidenti Donald Tramp aprelin 7-də İran ərazisində vəd etdiyi zərbələrlə “bütün bir sivilizasiyanın” məhvini istisna etməyib.
“Bu gün axşam (aprelin 8-nə keçən gecə) bütöv bir sivilizasiya məhv olacaq və o, heç vaxt bərpa olunmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma çox güman ki, belə də olacaq”, - deyə o, “Truth Social” hesabında yazıb.
Sevinc Əliyeva
Ordu.az