İranın BMT-dəki daimi nümayəndəsi: “Tehran müvəqqəti atəşkəs üzrə istənilən təklifi qəti şəkildə rədd edir”

2026/04/1775585722.jpg
Oxunub: 427     23:10     07 Aprel 2026    
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, Tehran müvəqqəti atəşkəs üzrə istənilən təklifi qəti şəkildə rədd edir.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

İravani vurğulayıb ki, münaqişənin dayandırılmasına yönəlmiş istənilən tənzimləmə aqressiyanın yekun və geri dönməz şəkildə dayandırılmasını və ədalətli, davamlı sülhün təmin edilməsini nəzərdə tutmalıdır.

O əlavə edib ki, belə bir tənzimləmə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün etibarlı və yoxlanıla bilən zəmanətlərə əsaslanmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin