“Mavi Vətən-2026” təlimi davam edir

2026/04/1775587944.jpg
Oxunub: 467     22:47     07 Aprel 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi “Mavi Vətən-2026” təliminin davam etdiyini bildirib.

Ordu.az xəbər verir ki, nazirliyin sosial media hesabında yayılan açıqlamada təlimin Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində uğurla davam etdiyi qeyd olunub.

Açıqlamada bildirilib ki, təlim çərçivəsində dənizçilik və gəmiçilik hazırlıqları da icra olunur və aşağıdakılar həyata keçirilib:

“Aprelin 4-də assimetrik təhdid şəraitində limandan çıxış, Qara dənizdə sürüklənən minanın aşkarlanması və məhv edilməsi, çox dayaz sularda minaya qarşı tədbirlər əməliyyatı, seriyalı atəşli toplarla suüstü atışlar, aprelin 5-də quru bombardmanı atışları, minaya qarşı tədbirlər əməliyyatı, Qara dənizdə sürüklənən minanın aşkarlanması və məhv edilməsi, qeyri-döyüşçülərin təxliyəsi, suüstü atışlar, sualtı qayıqlara qarşı mübarizə hazırlıqları həyata keçirilib. Həmçinin aprelin 6-da quru bombardmanı atışları, amfibiya hücum əməliyyatı hazırlıqları, ANKA və AKSUNGUR pilotsuz uçuş aparatlarının rabitə rolu kimi istifadəsi, hava hücumundan müdafiə müharibəsi hazırlıqları icra olunur”.

Açıqlamada qeyd olunub ki, təlim çərçivəsində sabah “dənizdə yanacaq doldurma”, “amfibiya hücum əməliyyatı hazırlıqları”, “sualtı qayıqlara qarşı mübarizə hazırlıqları”, “Qara dənizdə sürüklənən minanın aşkarlanması və məhv edilməsi” və “hava təmaslarının izlənməsi və hava hücumundan müdafiə hazırlığı” keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mavi-Vətən-2026  


Bizi "telegram"da izləyin