İran XİN: Tehrandakı sinaqoq bombalanıb

2026/04/1775587017.jpg
Oxunub: 464     22:26     07 Aprel 2026    
Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrailin hava hücumlarına məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrail tərəfindən hücuma məruz qalıb, 70 illik sinaqoq dağıdılıb", - Bəqai bildirib.

Onun sözlərinə görə, İran yəhudi icmasının parlamentdəki nümayəndəsi Homayun Sameh hücumun yəhudilərin Pesax bayramında törədildiyini xatırladıb. "İranda yəhudi sinaqoquna edilən hücum, məscidlərə, kilsələrə, məktəblərə, xəstəxanalara, yaşayış ərazilərinə, həmçinin İrandakı sənaye və istehsal infrastrukturuna edilən hücumlar kimi, İranın varlığına, kimliyinə və sivilizasiyasına qarşı yönəlmiş bir cinayətdir", - Bəqai vurğulayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Sinaqoq  


Bizi "telegram"da izləyin