“Handala” kiber qrupu İsrailin enerji infrastrukturu ilə bağlı məlumatları özü əldə etdiyini bildirib

2026/03/1773667191.jpg
Oxunub: 427     22:11     07 Aprel 2026    
İranın “Handala” kiber qrupu İsrail mediasında yayılan məlumatlara cavab olaraq bildirib ki, İsrailin enerji obyektlərinin koordinatlarını üçüncü tərəflər deyil, məhz özü əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Shia News”un “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, İsrail mediasında son vaxtlar Ukrayna mənbələrinə istinadən Rusiyanın guya İrana İsraildə həssas hədəflərin siyahısını təqdim etməsi ilə bağlı yayılan məlumatlardan sonra “Handala” kibercəbhəsi təkzib yayıb.

“Handala”nın rəsmi bəyanatında deyilir:

“Sionist rejim”in həssas elektrik infrastrukturu ilə bağlı bütün məlumatlar “Handala” mütəxəssisləri tərəfindən əldə edilib. Bu məlumat hazırda tam döyüş hazırlığı vəziyyətinə gətirilmiş raket bölmələrinin ixtiyarındadır.

“Handala” xüsusi vurğulayır ki, “Müqavimət oxu”nun kəşfiyyat dəstəyi yalnız öz qüvvələri hesabına həyata keçirilir və digər dövlətlərin heç bir iştirakı və ya köməyi yoxdur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Handala   İsrail  


Bizi "telegram"da izləyin