“Ədalətli işə sadiq “sivil” xalqın mədəniyyəti və inamının gücü kobud gücün məntiqinə qalib gələcək” - Baqayi

2025/05/1748321631.jpg
Oxunub: 475     22:09     07 Aprel 2026    
Ədalətli işə sadiq “sivil” xalqın mədəniyyətinin, məntiqinin və inamının gücü, şübhəsiz ki, kobud gücün məntiqinə qalib gələcək.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqayi “X” sosial şəbəkəsində yazıb.

“Öz yolunun doğruluğuna qəti şəkildə inanan xalq bütün imkanlarından istifadə etməlidir ki, öz hüquqlarını və qanuni maraqlarını müdafiə etsin”, - deyə Baqayi vurğulayıb.

ABŞ-nin prezidenti Donald Tramp 2026-cı il aprelin 7-də İran ərazisinə vəd etdiyi zərbələrlə “bütün bir sivilizasiyanı məhv etməyi” təklif edib.

“Bu gün axşam (aprelin 8-nə keçən gecə) bütün bir sivilizasiya məhv olacaq və bir daha geri qayıtmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma ehtimal ki, belə olacaq”, - o, “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp yenidən qeyd edib ki, hazırda İranda hakimiyyət başında “daha ağıllı və daha az radikal beyinlər” var. O ümid etdiyini bildirib ki, gün ərzində “hansısa inqilabi və möhtəşəm bir hadisə” baş verəcək.

“Kim bilir? Biz bunu bu gün axşam, dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan birində biləcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baqayi   İran  


Bizi "telegram"da izləyin