Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 1500-ü keçib

2024/11/1730532847.jpg
Oxunub: 499     22:06     07 Aprel 2026    
Livanın Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, İsrail və “Hizbullah” arasında bir ay davam edən müharibədən sonra ölkədə ölənlərin sayı 1530-a çatıb.

Ordu.az xəbər verir ki, ölənlər arasında 102 qadın və 130 uşaq, həmçinin 57 tibb işçisi var, bu barədə nazirliyin açıqlamasında deyilir.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 4812 nəfər yaralanıb.

“Hizbullah” fevralın 28-də İranın ali lideri ayətullah Əli Seyid Xameneyinin ölümünə cavab olaraq İsrailə qarşı müharibəyə qoşulub.

Buna cavab olaraq İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin