Ordu.az xəbər verir ki, “Defensehere.com”a danışan “Ata Arms” İdarə Heyətinin sədri Yavuz Yollu qatıldıqları sərgilərdə əldə etdikləri nəticələri izah etməklə yanaşı, TURQUA XT barədə məlumat verib.
“Ata Arms” İdarə Heyətinin sədri Yavuz Yollu bunları deyib:
“Önə çıxardığımız məhsullardan biri bizim TURQUA XT adlandırdığımız yivli ov tüfəngidir. Bunun özəlliyi “Remington 700” əsaslı tüfəng olmasıdır. Onun hər cür hissəsini tapmaq, yeniləmək və inkişaf etdirmək mümkündür. Çap fərqlərindən danışmaq istəyirəm. Hazırda bu tüfəngi “.308 Winchester”, “.243 Winchester” və “6.5 Creedmoor” olaraq təqdim edirik. Bu ilin sonundan etibarən isə daha fərqli çaplarda da olacaq. .30-06 kimi çaplarda da olacaq. Bunun xüsusilə Britaniya, Fransa, Almaniya, Polşa kimi Avropa ölkələrində, Amerikada çox böyük tələbatı var. Bu il bazara təqdim edəcəyik inşallah. Biz yetmişdən çox ölkəyə istehsal edirik. Bura bizim üçün bütün distribütorlarımızla görüş nöqtəsidir. Demək olar ki, hamısı ilə, müştərilərimizlə, distribütorlarımızla, dünyanın dörd bir tərəfindən gələn tərəfdaşlarımızla burada görüşürük və onlara bu yeni məhsullarımızı göstəririk. Həm ötən ilin qiymətləndirməsini aparırıq, həm də bu ilin gözləntilərini müzakirə edirik”.
Şirkət yerli istehsal TURQUA XT ilə beynəlxalq bazarda mövqeyini gücləndirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az