“Solid Aero”dan yeni PUA layihələri: 2026-cı ildə istehsal və ixrac hədəfi

2026/04/1775584069.jpg
Oxunub: 491     21:44     07 Aprel 2026    
Ankara mərkəzli şirkət kimi 2013-cü ildən etibarən xüsusilə inkişaf etdirdiyi müxtəlif pilotsuz uçuş aparatları ilə Türkiyə müdafiə sənayesinə xidmət göstərən “Solid Aero” 2026-cı ildə bir çox hədəfi reallaşdırmaq üçün inkişaf fəaliyyətlərini davam etdirir.

Ordu.az xəbər verir ki, “Solid Aero”nun qurucusu Selçuk Fırat “DefenseHere.com”a danışaraq 2025-ci ilin necə keçdiyini və 2026-cı ildə nə etməyi planlaşdırdıqlarını izah edib.

2010-cu ildən etibarən pilotsuz uçuş aparatları ilə maraqlandığını, bundan əvvəl də bu istiqamətdə inkişaf işlərinin olduğunu bildirən Selçuk Fırat “Solid Aero” şirkəti ilə yeni pilotsuz uçuş aparatları istehsal etdiklərini deyib.

Fırat 2025-ci ilin onlar üçün çox səmərəli keçdiyini bildirərək deyib: “Xüsusilə özümüzün istehsal etdiyimiz “Talay”, “Zada”, “Kovak”, “Karagun” və “Toydu” pilotsuz uçuş aparatlarımızın inkişafı ilə məşğul olduq. Bunlardan üçü TRL-9 səviyyəsinə çatdı. Burada “Karagun”, “Kovak” və “Zada” pilotsuz uçuş aparatlarımız TRL-9 səviyyəsində satıla biləcək vəziyyətə gəldi. “Talay” və “Zada”nın istehsal xətləri “Yonca Shipyard” gəmiqayırma zavodunda hazır vəziyyətə gətirildi. Qarşıdakı aylarda isə ehtimal ki, “Talay”ın dəniz sınaqlarını həyata keçirəcəyik”.

2025-ci ilin ümumilikdə məhsul inkişafı və satış yönümlü keçdiyini, çox sayda xarici səfərlər etdiklərini bildirən Fırat sözlərini belə davam etdirib:

“Eyni zamanda həm SSB, həm də MSB tərəfində həyata keçirdiyimiz bir neçə fəaliyyətimiz var. Demo uçuşlarımız var. Pilotsuz uçuş aparatlarımız həm ölkə daxilindən, həm də xaricdən ciddi tələbat görür. Onlar üçün də ilkin hazırlıqlarımızı etdik. 2025-ci il bizim üçün xüsusilə xaric yönümlü idi. Xüsusilə Yaxın Şərqə, Asiyaya və Amerika qitəsinə fokuslandıq. Eyni şəkildə Asiya və Yaxın Şərq istiqamətində ortaq istehsalla bağlı işlərimiz davam edir. Məhsul əsaslı fəaliyyətlərimiz də bu qitələr arasında bir neçə ölkədə davam edir”.

Fırat 2026-cı ilə dair hədəflərindən də danışaraq həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə ortaq istehsal planlaşdırdıqlarını bildirib. Fırat Avropaya da satış planlaşdırdıqlarını, eyni zamanda ölkə daxilindəki satışlarını da tamamlamaq istədiklərini deyib: “Bu il TSQ inventarında olmasını gözlədiyimiz və müzakirə etdiyimiz üç pilotsuz uçuş aparatımız var”.

Sonda SAHA EXPO üçün bir sürpriz planlaşdırdıqlarını bildirən Fırat bu tədbirdə yeni bir pilotsuz uçuş aparatının nümayişini edəcəklərini deyib. Fırat bu pilotsuz uçuş aparatı ilə bağlı olaraq qeyd edib: “Türkiyədə olmayan, dünyada sayılı olan, hətta yalnız Amerikada iki şirkətdə olan və Avropada olmayan bir pilotsuz uçuş aparatı inkişaf etdiririk”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Solid-Aero   Türkiyə  


Bizi "telegram"da izləyin