Ərdoğan: "Türkiyənin qanadlı və ballistik raket potensialı güclənəcək"

2025/10/1759832385.jpg
Oxunub: 452     20:53     07 Aprel 2026    
Türkiyənin hava hücumundan müdafiə sistemi (HHM) güclənəcək, qanadlı və ballistik raket potensialı artacaq.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ROKETSAN tərəfindən Silahlı Qüvvələrə təhvil verilən raket sistemləri ilə əlaqədar "X" sosial şəbəkə hesabında yazıb.

"Bu investisiyalar HHM sistemimizi gücləndirəcək, strateji gücümüzü artıracaq", - Türkiyə Prezidenti yazıb və əlavə edib ki, qanadlı və ballistik raket potensialı da artacaq:

"Dəmir Qübbə"nin atəş gücünü təşkil edən bu sistemlərin daha yüksək istehsal tempinə çatması ilə HHM sistemlərinin istehsalı daha da möhkəmləndiriləcək".

Onun sözlərinə görə, Türkiyənin kritik HHM sistemləri, strateji raket layihələri və ağıllı sursat təchizatı üçün qurulan bu yeni infrastruktur ordunu gücləndirəcək.

Qeyd edək ki, aprelin 7-də Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN tərəfindən ölkənin Silahlı Qüvvələrinə təhvil verilən raket sistemlərinin siyahısı açıqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin