Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Vens ABŞ Silahlı Qüvvələrinin Donald Trampın sərt ultimatumunu həyata keçirmək üçün “hələ istifadə etmədiyi vasitələrə malik olduğunu” bildirdikdən sonra Ağ Ev belə açıqlama verib: “Vitse-prezidentin dediklərində bu mənada heç nə yoxdur. Siz tamamilə absurd yanaşırsınız”.
Bu açıqlama ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris ilə əlaqəli hesabın paylaşımına cavab olaraq verilib. Həmin paylaşımda Vensin Trampın “nüvə silahından istifadə edə biləcəyinə” eyham vurduğu iddia olunurdu.
Sevinc Əliyeva
Ordu.az