Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə mənbə bildirib və Trampın “bütün bir sivilizasiya məhv olacaq” sözlərini xatırladıb.
Agentliyin məlumatına görə, bu xəbərdarlıq Vaşinqtona Qətər vasitəsilə çatdırılıb.
Tramp İrana Vaşinqton vaxtı ilə saat 20:00-a, Tehrana isə saat 3:30-a qədər vaxt verib ki, Hörmüz boğazının blokadasını dayandırsın, əks halda ABŞ İranın bütün körpülərini və elektrik stansiyalarını məhv edəcək.
Öz növbəsində İran bildirib ki, ABŞ-nin Fars körfəzindəki müttəfiqlərinə qarşı cavab tədbirləri görəcək və bu ölkələrin səhrada yerləşən şəhərləri elektrik və su olmadan yaşayış üçün yararsız hala düşəcək.
Son tarixə cəmi bir neçə saat qaldığı bir vaxtda yüksək rütbəli iranlı mənbə bildirib ki, Tehran hələ də ABŞ tərəfindən güzəştlər edilmədiyi üçün boğazı açmaqdan imtina edir.
Mənbə qeyd edib ki, danışıqlarda əsas vasitəçi olan Pakistan hələ də mesajlar ötürür, lakin Vaşinqton mövqeyini dəyişməyib.
Sevinc Əliyeva
Ordu.az