İsrail İrana genişmiqyaslı zərbələr endirib

2026/03/1774971273.jpg
Oxunub: 415     10:59     07 Aprel 2026    
İsrail Müdafiə Qüvvələri bildirib ki, aprelin 7-nə keçən gecə ölkənin hərbi hava qüvvələri Tehranda və İranın digər bölgələrində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun hədəflərinə genişmiqyaslı zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbçilər Tehranda yerləşən hərbi hava qüvvələrinin qərargahına da zərbə endirib. Zərbələrə həmçinin raket bazaları, hava hücumundan müdafiə sistemlərinin istehsalı müəssisəsi və partlayıcı maddələrin istehsal olunduğu neft-kimya zavodu da məruz qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin