İran bildirib ki, ölkədə zəruri mallarla bağlı heç bir problem yoxdur

2026/03/1774076489.jpg
Oxunub: 373     10:14     07 Aprel 2026    
İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi davam edən böhran şəraitində zəruri mallarla bağlı heç bir problemin olmadığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

“Ölkədə zəruri mallarla bağlı heç bir problem yoxdur. Biz kiçik və orta biznesin zəruri mallarla təmin olunması üçün alternativ üsulları müzakirə edirik”, - deyə ISNA agentliyinin sitat gətirdiyi açıqlamada bildirilib.

Qeyd olunur ki, ehtiyacların bir hissəsi qonşu və dost ölkələr tərəfindən qarşılanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin