Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə istinadən məlumat yayıb.
“Məlumata görə, yaralananlar arasında ötən həftənin sonunda İranda vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcısının silah sistemləri operatoru, eləcə də pilotu vurulan təyyarədən çıxarmaq üçün həyata keçirilən ilkin xilasetmə əməliyyatı zamanı atəşə məruz qalan helikopter heyətinin iki üzvü var”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, HH-60 “Jolly Green II” helikopterləri “kiçik silahlarla silahlanmış bütün İran vətəndaşları tərəfindən” atəşə tutulub.
Sevinc Əliyeva
Ordu.az