Panama kanalının körpüsü yaxınlığında baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb

2026/04/1775542201.jpg
Oxunub: 395     10:06     07 Aprel 2026    
Panama kanalının körpüsü altından keçən tanker üzərində partlayış baş verib, nəticədə dörd nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti “Instagram”da məlumat yayıb.

İlkin məlumata görə, hadisənin səbəbi gəmidə baş verən yanğın olub. Gəminin yanacağı partlayıb və nəticədə alov episentrə yaxın yerləşən yanacaq tankerələrinə yayılıb.

Yaralılardan ikisi ikinci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və təcili tibbi yardım alır. Digər bir şəxs hələ də itkin hesab olunur və xilasedicilər hazırda kanal ərazisində axtarış əməliyyatlarını davam etdirir.

Körpüdə hərəkət müvəqqəti olaraq dayandırılıb. Yerli hakimiyyət orqanları sakinlərdən ərazidən uzaq durmağı və təcili yardım maşınlarının hərəkətinə mane olmamağı xahiş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Panama   Partlayış  


Bizi "telegram"da izləyin