“Al Hadath”: İranın şimal-qərbində 20-dən çox güclü partlayış baş verib

2026/03/1774945661.jpg
Oxunub: 487     10:02     07 Aprel 2026    
İranın şimal-qərbində yerləşən Təbriz şəhərində çoxsaylı partlayışlar baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, “Təbrizin müxtəlif rayonları intensiv hava hücumlarına məruz qalır”.

“Al Hadath” əlavə edib ki, son saatlarda şəhərdə 20-dən çox güclü partlayış qeydə alınıb.

Zərər və ya mümkün itkilərlə bağlı hələlik məlumat yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Partlayış  


Bizi "telegram"da izləyin