Ordu.az çərşənbə axşamı axşamı Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
İranın “Press TV” televiziya kanalının məlumatına görə, Tehranın mərkəzində yerləşən sinaqoq ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılıb. “Hətta sinaqoqlar belə ABŞ və İsrailin hücumlarından yayınmayıb: Tehranın mərkəzində yerləşən sinaqoqlardan biri yerlə-yeksan edilib”, - deyə telekanal bildirib.
CBS bildirir ki, İrana qarşı əməliyyat zamanı 370-dən çox amerikalı hərbçi yaralanıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığına istinadən məlumat verilir. Təxminən 330 nəfər xidmətə qayıdıb. Beşi ağır yaralı hesab olunur.
Pentaqon ABŞ-nin prezidenti Donald Trampın İrana Hörmüz boğazı ilə bağlı ultimatum verdiyi günə təsadüf edən çərşənbə axşamı üçün planlaşdırılmış mətbuat konfransını ləğv edib. “CBS News” mənbələrə istinadən qeyd edir ki, Küveytdə “Əli əl-Salem” aviabazasına İranın pilotsuz uçuş aparatının hücumu nəticəsində 15 amerikalı hərbçi yaralanıb.
Tasnim agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının Cübeyl şəhərində yerləşən neft emalı zavodunda İranın zərbəsi nəticəsində yanğın baş verib.
Sevinc Əliyeva
Ordu.az