1989-cu ildə batmış sovet nüvə sualtı qayığından hələ də radiasiya sızır

2026/04/1775540947.jpg
Oxunub: 526     09:48     07 Aprel 2026    
1989-cu il aprelin 7-si sovet sualtı qayıqlar donanmasının tarixində faciəli tarixdir. Həmin gün Norveç dənizində baş verən yanğından sonra K-278 “Komsomolets” nüvə sualtı qayığı batıb. Heyətin 69 üzvündən yalnız 27-si xilas olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Sualtı qayıq hazırda 1676 metr dərinlikdə yerləşir. “Texkult”un məlumatına görə, nüvə reaktoru ilə yanaşı, o, nüvə başlıqlı iki torpedo da daşıyır. 2007-ci ilə qədər alimlər batmış sualtı qayığı rus heyətli zondlar vasitəsilə nəzarətdə saxlayırdılar.

1994-cü ildə torpedo borularının və korpusun digər açıq hissələrinin titan tıxaclarla bağlanması barədə qərar qəbul edilib. Hələ 1990-cı illərdə qərara alınmışdı ki, sualtı qayığın qaldırılması və sökülməsi korpusun bütövlüyünün pozulması və radioaktiv sızma riskinə görə qeyri-mümkündür.

Bu yaxınlarda Norveçin radiasiya və nüvə təhlükəsizliyi idarəsi avtonom sualtı aparat vasitəsilə tədqiqat aparıb. Tədqiqatın həmmüəllifi Castin Qvinin sözlərinə görə, “Komsomolets”in korpusu qənaətbəxş vəziyyətdədir.

Buna baxmayaraq, ekspedisiya üzvləri reaktor bölməsinin yaxınlığında yerləşən ventilyasiya borusundan çıxan radioaktiv bulud aşkar ediblər ki, bu da reaktorun nüvə yanacağından qaynaqlanır. Xoşbəxtlikdən, radiasiyanın çox aşağı səviyyəsi və radioaktiv maddələrin dəniz suyunda tez həll olunması hər hansı ekoloji təhlükəni istisna edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sualtı-qayıq   Radiasiya  


Bizi "telegram"da izləyin