“The Wall Street Journal”: ABŞ İranda pilotun xilasetmə əməliyyatı zamanı 100 ağır bomba atıb

2026/03/1772437237.jpg
Oxunub: 475     09:45     07 Aprel 2026    
ABŞ rəsmilərinin məlumatına görə, B-1 bombardmançıları İranda vurulan F-15E qırıcısının ekipajının ikinci üzvünün xilas edilməsi əməliyyatı zamanı hər biri 2000 funt çəkidə olan təxminən 100 bomba atıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Rəsmilərdən biri bildirib ki, bombalar əməliyyatın uğurunu təmin etmək üçün yollar, insanlar və İranın İnqilab Keşikçiləri Korpusunun qarnizonları üzərinə atılıb.

ABŞ xilasetmə zonasına yaxın yolların məhv edilməsinə diqqət yetirib ki, iranlıların ABŞ qüvvələrinə və təyyarələrinə yaxınlaşmasının qarşısı alınsın.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin