“JP Morgan”: İranın İsrailə endirdiyi zərbələrin dəqiqliyi doqquz dəfə artıb

2026/04/1775540504.jpg
Oxunub: 442     09:34     07 Aprel 2026    
İranın İsrailə endirdiyi zərbələrin dəqiqliyi doqquz dəfə artıb.

Ordu.az xəbər verir ki, bu barədə “JP Morgan” nəşri məlumat yayıb.

Qeyd olunur ki, İran raketlərinin İsrailə zərbələrinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, müharibənin ilk iki həftəsindəki 3%-dən 27%-ə çatıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin ən iri şəhərlərinə yönəldilib. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı barədə açıqlama verib. İsrail və ABŞ-nin hücumu nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.

Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkat əleyhinə əməliyyatın başlanmasını elan edib.

Martın 23-də ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar bir həftə davam edəcək. O əlavə edib ki, hərbi zərbələr beş gün müddətinə təxirə salınıb. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin