Dövlətə məxsus “Saudi Aramco” neft şirkəti apreldə “Arab Light” markalı neftin qiymətini hər barel üzrə 17 dollar artırıb.
Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Beləliklə, Səudiyyə Ərəbistanı Asiya üçün əsas neft qiymətini rekord səviyyəyə, 19,50 dollara çatdırıb.
Bu, tarixdə ən böyük artım olub. Eyni zamanda, Səudiyyə Ərəbistanı neftin digər bütün növlərinin də qiymətlərini artırıb.
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və İran tərəfindən Hörmüz boğazının demək olar ki, tam bağlanması enerji bazarlarını sarsıdıb.
Sevinc Əliyeva
Ordu.az