Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya və Ukrayna ABŞ ilə ayrı-ayrılıqda əlaqələri davam etdirir.
Peskovun sözlərinə görə, Rusiya Avropada qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür.
“Hazırda Avropada qaz kəmərlərinə hücum cəhdlərinin arxasında kimin dayandığı ilə bağlı məlumat yoxdur, lakin Kiyevin iştirakı şübhə doğurur. Rusiya ümid edir ki, Macarıstan və Serbiya Avropada qaz kəmərlərinə yönəlmiş təhlükəni minimuma endirmək üçün tədbirlər görəcək”, - deyə Peskov vurğulayıb.
O əlavə edib ki, Moskva ümid edir ki, Ankara Zelenskiyə Avropada qaz kəmərlərinin infrastrukturuna qarşı aqressiv hərəkətlərin yolverilməz olduğunu çatdırıb.
Peskovun sözlərinə görə, Kreml Uitkof və Kuşnerin Pasxadan sonra Kiyevə planlaşdırılan səfəri barədə etibarlı məlumata malik deyil.
Peskov bildirib ki, Kreml Trampın İrana qarşı səsləndirdiyi təhdidləri görüb, lakin onları şərh etməyi məqsədəuyğun hesab etmir. Kreml nümayəndəsi Yaxın Şərqdə münaqişənin genişlənməsini İrana qarşı aqressiyanın təhlükəli nəticəsi adlandırıb. “Kreml qeyd edir ki, faktiki olaraq bütün Yaxın Şərq alov içindədir və regionda gərginlik artır”, - deyə Peskov sözlərini yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az