ÜST Qəzzadan tibbi təxliyəni dayandırıb

2026/01/1767987960.jpg
Oxunub: 482     07:58     07 Aprel 2026    
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlarından birinin ölümü səbəbindən Qəzza zolağından xəstələrin tibbi təxliyəsini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“ÜST təəssüflə təsdiqləyir ki, bu gün Qəzza zolağında təhlükəsizliklə bağlı insident zamanı ÜST-yə xidmət göstərən podratçı həlak olub. Bu hadisədən sonra ÜST bu gün Qəzzadan Rəfah vasitəsilə Misirə xəstələrin tibbi təxliyəsini dayandırıb. Tibbi təxliyələr növbəti bildirişədək dayandırılmış vəziyyətdə qalacaq”, - deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bildirib.

O qeyd edib ki, hadisə yerində ÜST-nin daha iki əməkdaşı olub və onlar xəsarət almayıb.

Onun sözlərinə görə, aidiyyəti qurumlar hadisəni araşdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   ÜST  


Bizi "telegram"da izləyin