Küveytdə ötən axşam 15 amerikalı yaralanıb, ümumilikdə 373 hərbçi xəsarət alıb

2026/03/1774179076.jpg
Oxunub: 592     02:14     07 Aprel 2026    
Dünən axşam Küveytdə Əli əl-Salem aviabazasına İranın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 15 amerikalı yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-dən iki rəsmi “CBS News”a bildirib.

Mənbələrdən birinin sözlərinə görə, onların əksəriyyəti artıq xidmət vəzifələrinə qayıdıb.

Bazar ertəsi gününə olan məlumata görə, İranda aparılan əməliyyat zamanı 373 amerikalı hərbçi yaralanıb, bunu ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi açıqlayıb. Onlardan təxminən 330-u xidmət vəzifələrinə qayıdıb, beşi isə ağır yaralı hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin