Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Eler geniş sahəli sektoral təcrübəsini və baxış bucağını “Nicomatic Türkiyə”nin sənaye satış və marketinq hədəfləri ilə birləşdirəcək. “Nicomatic Türkiyə” isə bu yeni təyinatla birlikdə müdafiə sənayesi sahəsində böyüməsini artıracaq.
Kubilay Eler kimdir?
Kubilay Eler müdafiə sənayesi və sənaye marketinqi sahəsində uzun illərə dayanan təcrübəyə malikdir. Karyerasına “British Council”da marketinq mütəxəssisi kimi başlayıb, 2003-2005-ci illər arasında Bursada fəaliyyət göstərib. Daha sonra 2005-2007-ci illərdə Ankarada “MilSOFT Yazılım Texnologiyaları A.Ş.” şirkətində marketinq meneceri olub.
2008-ci ildə STM-də marketinq meneceri kimi fəaliyyətə başlayan Eler 2013-cü ilə qədər Bursada bu vəzifədə çalışıb. Daha sonra “SDT Space and Defence Technologies” şirkətində strateji planlaşdırma və marketinq meneceri kimi 2022-ci ilə qədər 9 il işləyib. Son olaraq isə 2022-dən 2024-cü ilə qədər STM-də sərgi və tədbir idarəetməsi üzrə qrup rəhbəri kimi Ankarada fəaliyyətini davam etdirib.
Bu gün Kubilay Eler “Nicomatic Türkiyə”də satış və marketinq direktoru kimi yeni bir mərhələyə başlayıb.
Sevinc Əliyeva
Ordu.az