Ermənistanda mina partlayışı nəticəsində xəsarət alan 41 yaşlı kişi ilə bağlı yeni detallar məlum olub

2026/04/17226-1775202228.jpg
Oxunub: 451     11:40     03 Aprel 2026    
Ermənistanın Tavus vilayətinin Kotgah (Koti) kəndində mina partlayışı nəticəsində yaralanan 41 yaşlı erməni kişi itmiş inəyi axtarmaq üçün sahəyə getmişdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, hadisə təxminən saat 15:00 radələrində baş verib. Kişi tək olub və özü kəndlilərə zəng edərək kömək çağırıb.

Kotgah kəndinin inzibati rəhbəri Andranik Hakverdyan nəşrə açıqlamasında deyib ki, kəndlilərin köməyi ilə ayağından xəsarət alan kişi təcili yardım maşınına çatdırılıb və xəstəxanaya yerləşdirilib.

Hakverdyan bildirib ki, xəstəxanada onun ayaq pəncəsi amputasiya olunub. Həkimlər zərərçəkənin vəziyyətini qənaətbəxş qiymətləndirirlər, lakin onu uzun və çətin reabilitasiya dövrü gözləyir.

Nəşr qeyd edib ki, minaya düşmüş şəxsin dörd övladı var və ailə kənddə heyvandarlıqla məşğuldur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mina  


Bizi "telegram"da izləyin