Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Məncə, 1 il də kifayətdir, ya da heç olmasa 1,5 il xidmət etsinlər. Xahiş edirik ki, bizə qarşılıq versinlər və bu bütün xidmət edənlərə aid olsun”, - deyə o qeyd edib.
Ermənistan müdafiə naziri Suren Papikyanın jurnalistlərlə söhbətində dəyişiklik etməyə hazırlaşmadıqlarını, çünki bu qərarın əsasında hesablamaların dayandığını bildirməsi ilə bağlı qeydə cavab olaraq o deyib: “İndi biz bir dəfə də cəhd edirik, bir dəfə də xahiş edirik ki, uşaqlar boş-boşuna təsbeh oynamaqdansa, artıq hazırlanmış vəziyyətdədirlər, kişi olublar, öz ölkələrini necə müdafiə etməyi bilirlər, başqaları kimi eyni vaxtda geri qayıtsınlar. Məncə, bu, ordumuza ziyan vurmaz.
Ümid edək ki, uşaqlarımız üçün yaxşı xəbər olacaq, qoy tez gəlsinlər. Mən onların qayıtmasının tərəfdarıyam, yaxşı mütəxəssis olsunlar, həyatlarına başlasınlar, başqa formada xidmət etsinlər və ölkəmizə fayda versinlər. Artıq nə ediblərsə, ediblər.
Bu, onların iradəsidir, bizim nəsə məcbur etmək imkanımız yoxdur, qanundur, qərardır, sadəcə xahiş edirik ki, qərara yenidən baxılsın”.
Xatırladaq ki, qəbul edilmiş qanunvericilik dəyişikliklərinə əsasən, 2025-ci ilin qış çağırışından etibarən məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsi nəzərdə tutulub. Lakin bu dəyişikliklər artıq xidmətdə olan hərbi qulluqçulara şamil edilmir. Bu hal erməni valideynlər arasında ədalət və bərabərliklə bağlı ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, erməni valideynlər bu tələblə daha əvvəl hökumət binasının qarşısında etiraz aksiyası keçirib, həmçinin aidiyyəti qurumlara məktublar göndəriblər.
Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinq zamanı bildirib ki, heç bir dəyişiklik olmayacaq, çünki hərbi xidmət müddətinin 6 ay azaldılması qərarının əsasında dəqiq hesablamalar var.
Alpər Mövludoğlu
Ordu.az