Ermənistan MN-in qarşısında aksiya: Erməni valideynlər tələb edirlər ki, onların oğulları da 1,5 il xidmət etsinlər (VİDEO)
Oxunub: 408
10:32
03 Aprel 2026
Bu gün məcburi hərbi xidmət keçən çoxsaylı erməni hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onlar orduda xidmət edən oğullarına da 1,5 il hərbi xidmət keçmək müddəasının şamil edilməsini tələb edirlər.
Xatırladaq ki, qəbul edilmiş qanunvericilik dəyişikliklərinə əsasən, 2025-ci ilin qış çağırışından başlayaraq məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsi nəzərdə tutulub, lakin bu dəyişikliklər artıq xidmət keçən hərbi qulluqçulara şamil edilmir.
Bu hal erməni valideynlər arasında ədalət və bərabərliklə bağlı ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, valideynlər bu tələblə daha əvvəl Ermənistan hökumətinin binasının qarşısında da etiraz aksiyası keçirib, həmçinin aidiyyəti qurumlara məktublar göndəriblər.
Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinq zamanı bildirib ki, heç bir dəyişiklik olmayacaq, çünki hərbi xidmət müddətinin 6 ay azaldılması qərarının əsasında dəqiq hesablamalar dayanır.