Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, çünki Paşinyan Moskvada bir şey vəd edir, Ermənistana çatanda isə tamamilə başqa cür davranır və erməni-rus münasibətlərinə qarşı fəaliyyət göstərir.
“Buna görə də bütün əsas strukturların rəhbərlərinə göstəriş verilib ki, Ermənistanda hakimiyyətə erməni-rus münasibətlərini bərpa etmək proqramı olan qüvvənin gəlməsi üçün bütün səylər göstərilsin. “Vətəndaş Müqaviləsi”nin üzvləri Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa, “hibrid müharibə”dən, təminatçıdan qurtulduqdan sonra “dövlət əldə etmək”dən danışmağa, eyni zamanda Rusiya ilə də manevr etməyə ümid edirdilər.
Məhz buna görə Moskvaya səfəri zamanı əvvəlcə Alen Simonyan Ermənistan məsələləri üzrə Kreml kuratoru Kiriyenko ilə görüşməyə çalışıb və rədd cavabı alıb. Daha sonra Paşinyan Arayik Arutyunyan ilə Kiriyenko arasında görüş təşkil etməyə cəhd göstərib, lakin yenə nəticəsiz olub. Bir gün əvvəl isə Putin açıq mətnlə bildirib ki, Ermənistanda kim hakimiyyətdə olsa, onlar onunla işləyəcəklər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az