Ordu.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirğolami bildirib.
Səfirin sözlərinə görə, ABŞ prezidenti seçkiqabağı kampaniyaları zamanı ölkəsindən kənardakı müharibələrə trilyonlarla dollar xərcləndiyini desə də, indi o, seçki vədlərinə xəyanət edib.
“Mən sizin ölkənizin baş nazirinin açıqlamalarını da eşitmişəm.
Ümid edirik ki, bu, uzun sürməyəcək. Lakin hesab edirik ki, əgər bu avantüra davam etsə, sizin ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək”, - deyə İran səfiri vurğulayıb.
Səfir Şirğolami bildirib ki, beynəlxalq hüquqa görə, Trampın İrana qarşı yönəlmiş hərbi bəyanatları müharibə cinayətidir.
Ümumilikdə, səfirin qeyd etdiyi kimi, sənaye və enerji infrastrukturuna hücumlar da müharibə cinayəti sayılır.
“Bunlar tarixdə qalacaq və gələcəkdə cavab tələb edəcək. İran bütün ssenarilərə hazırdır. Biz indiyədək öz müqavimətimizi göstərmişik, eyni ruhda davam etməyə hazırıq və artıq həm ABŞ-yə, həm də İsrailə çox ciddi zərbələr endirmişik.
ABŞ-nin həm Avropadakı, həm də NATO-dakı ən yaxın müttəfiqləri isə bunun mənasız müharibə olduğunu bildiriblər və bu müharibədə iştirak etməyə hazır olmadıqlarını açıqlayıblar”, - deyə Şirğolami əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az