Ordu.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami TRIPP (Zəngəzur dəhlizi-red.) barədə Tehranın narahatlıqları barədə danışarkən bildirib.
O, Rusiyanın baş nazir müavini Aleksey Overçukun ABŞ-nin Mərkəzi Asiyadan mühüm faydalı qazıntıların daşınması və İran üzərində nəzarət qurulması üçün Ermənistan üzərindən dəhlizə ehtiyac duyduğu barədə bəyanatını şərh edib.
“Biz bu məsələ ilə bağlı daha əvvəl də fikrimizi bildirmişik və Ermənistanın tranzit imkanlarının inkişafına qarşı olmadığımızı demişik. Ermənistan hakimiyyəti ilə blokadanın aradan qaldırılması, Şimal-Cənub marşrutu və Qara dəniz ilə Fars körfəzinin birləşdirilməsi mövzularını da müzakirə etmişik. Həmçinin bu prosesdə təhlükəsizliklə bağlı problemlərin yaranmaması ilə bağlı narahatlığımızı ifadə etmişik”, - deyə səfir qeyd edib.
O vurğulayıb ki, İran tərəfi ABŞ-nin prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Pit Heqsetin İranı “daş dövrünə qaytarmaq” barədə bəyanatlarını nəzərə alır.
“Halbuki bir çoxları hələ mağaralarda yaşadığı dövrdə, Fars dövləti Böyük Kirin rəhbərliyi ilə ilk insan hüquqları bəyannaməsini elan etmişdi”, - deyə Şirğolami bildirib.
Alpər Mövludoğlu
Ordu.az