Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib.
“Rusiya tərəfi açıq şəkildə dedi ki, Ermənistan vətəndaşı hakimiyyətin qərarları nəticəsində hansı çətinliklərlə üzləşə biləcəyini bilməlidir. Birincisi, bizə açıq mesaj verildi ki, qazın qiyməti arta bilər.
Bundan sonra baş nazir müavini Overçukun geniş məqaləsi dərc olundu və orada bütün məsələlər çox açıq şəkildə izah edildi”, - deyə o qeyd edib.
Marukyan vurğulayıb ki, Putin-Paşinyan görüşü dönüş nöqtəsi olub.
“Açıq mesaj verilir ki, erməni xalqı, bu insanlar elə edəcəklər ki, siz 600 dollarlıq qaz istifadə edəcəksiniz. Buna hazırsınızmı? Aram Sarkisyan deyir ki, biz soyuq qışlara dözməliyik, müqavimət göstərməliyik, yəni artıq təbliğat başlayıb. Amma bilməlisiniz ki, əziyyəti adi xalq çəkəcək.
Bundan əlavə, son bir ildə Ermənistan 6 milyard dollar dövriyyə itirib. Yəni xalq bu qədər vəsait itirib.
İndi biz nə istəyirik? Bu siyasəti davam etdirmək istəyirik? Bu, bəladır. Bu insanlar yalnız problem yarada bilərlər”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az