Ordu.az xəbər verir ki, bu barədə “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan Aprel döyüşlərindən danışarkən bildirib.
“İlk günlərdə, ilk saatlarda heç bir rəhbər “Facebook”da status yazmır, könüllülük çağırışları etmirdi, hər kəs öz işi ilə məşğul idi”, - deyə o bildirib.
Paşinyan-Putin görüşünə və Paşinyanın Qarabağı ondan əvvəl Putinin Azərbaycan ərazisi kimi tanıdığı barədə bəyanatına toxunan Manukyan deyib:
“Əgər sabah Putin desə ki, Zəngəzur Azərbaycanın ərazisidir, o bunu tanımalıdırmı? O, öz ampluasındadır, özlərindən başqa hamı günahkardır”.
Alpər Mövludoğlu
Ordu.az