Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - YENİLƏNİB

2026/04/5d2c2-8875928850.jpg
Oxunub: 1038     01:08     03 Aprel 2026    
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Nümayəndə heyəti rəhbərlərinin xatirə fotosu çəkdirilib.

Keçirilən məhdud tərkibli iclasda ölkələrimiz arasındakı regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri, həmçinin digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, cənab Andrey Belousov ilə ikitərəfli görüşü də olub. Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.





***

Azərbaycanın Müdafiə naziri polkovnik-general Zakir Həsənov Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti – 86-cı iclasında iştirak edib.

Ordu.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

İclasda beynəlxalq gündəmin aktual məsələləri və müasir şəraitdə hərbi sahədə əməkdaşlığın inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Hərbi-siyasi vəziyyətin və Avrasiya təhlükəsizliyinin təhlilinə, eləcə də MDB formatında hərbi əməkdaşlıq əsasında regional sabitliyin qurulmasının praktiki məsələlərinə xüsusi önəm verilib.

Bundan başqa xüsusilə beynəlxalq vəziyyətin kəskinləşməsi fonunda çoxtərəfli hərbi əməkdaşlığın aktual məsələləri və onun gələcək inkişafı ətraflı müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   MDB  


Bizi "telegram"da izləyin