“Metsamor” AES aprelin 1-dən beş ay müddətinə istismardan çıxarılıb

2025/10/1761666612.jpg
Oxunub: 510     12:39     02 Aprel 2026    
“Metsamor” Atom Elektrik Stansiyası dünəndən etibarən beş ay müddətinə istismardan çıxarılıb”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün hökumətin iclasında Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.

O qeyd edib ki, bu qərar stansiyanın istismar müddətinin uzadılması proqramı çərçivəsində qəbul edilib.

“Böyük ehtimalla, 2026-cı ildə günəş elektrik stansiyalarımız atom elektrik stansiyasının istehsal etdiyi qədər elektrik enerjisi istehsal edəcək”, - deyə erməni nazir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xudatyan   Metsamor  


Bizi "telegram"da izləyin