Ermənistan Baş Prokurorluğu erməni generaldan 11 əmlakın, təxminən 3,5 milyard dramın müsadirəsini tələb edir

2026/04/1775119419.jpg
Oxunub: 306     12:41     02 Aprel 2026    
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı növbəti iddia ərizəsini icraata qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsi Ermənistan Müdafiə Nazirliyinin “N” saylı ordu korpusunun keçmiş komandiri, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə qərargah rəisinin keçmiş müavini Haykaz Papiki Bağmanyandan və onunla əlaqəli şəxslərdən Ermənistanın xeyrinə aşağıdakıların müsadirəsini tələb edib:

7 daşınmaz əmlak, onlardan 6-sı İrəvan şəhərində, 1-i isə Kotayk vilayətində,
4 nəqliyyat vasitəsi,
5 nəqliyyat vasitəsinin bazar dəyəri,
2 hüquqi şəxsdə iştirak payı,
təxminən 1 milyon 290 min dram depozit,
bankın 30 ədəd istiqrazı,
qanunsuz pul vəsaitlərinin qalığı kimi 1 milyard 544 milyon 254 min dram,
şəxsin qanuni gəlirləri ilə əsaslandırılmayan, qanunsuz mənşəli olan, vicdanlı əldə edənin üzərinə keçirilmiş və ya identifikasiya edilərək müsadirəsi mümkün olmayan 1 milyard 511 milyon 965 min dram,
6 milyon 363 min dram məbləğində geri qaytarılmamış borc tələbi hüququ.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Böhran  


Bizi "telegram"da izləyin