Minaya düşən erməni “çoban” döyüş növbətçiliyi həyata keçirirmiş?

2026/04/1775119350.jpg
Oxunub: 641     12:37     02 Aprel 2026    
Martın 31-i gecə Zəngəzur vilayətinin Xanazax icmasında, Ermənistan-Azərbaycan təmas xəttində kəndin çobanı minaya düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, o, həmçinin yerli özünümüdafiə dəstəsində qeydiyyatdadır və bəzən sərhəddə döyüş növbətçiliyi həyata keçirir.

Zəngəzur vilayətinin Xanazax icmasının rəhbəri Karo Tavadyan “MediaHub” nəşrinə bildirib ki, hazırda çoban Gorus xəstəxanasında cərrahiyyə şöbəsində yerləşdirilib.

“Onun ayağı dizdən aşağı amputasiya edilib, hazırda vəziyyəti nisbətən yaxşıdır”, - deyə Tavadyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Xanazax  


Bizi "telegram"da izləyin