Şimali Kiprin Baş naziri göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür edib

2026/04/1775118489.jpg
Oxunub: 395     12:09     02 Aprel 2026    
Şimali Kiprin Baş naziri Ünal Üstel göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Ordu.az xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı bildirib.

"Türk birliyinə olan sarsılmaz inamı və Şimali Kiprə göstərdiyi sonsuz dəstəyi ilə bizə güc verən Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən öz adımdan, hökumətim və azadlıq mübarizəsindən heç vaxt geri çəkilməyən Kipr türk xalqı adından ən dərin minnətdarlığımı bildirirəm. İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" vizyonu bu gün bu zaldakı iradənin ən güclü dayağıdır", - Ü.Üstel əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Kipr   Azərbaycan  


Bizi "telegram"da izləyin