Aripov: "Azərbaycanın TDT-yə sədrliyi davamlı və uğurlu xarakter daşıyır"

2026/04/1775118217.jpg
Oxunub: 314     12:02     02 Aprel 2026    
Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) sədrliyi davamlı və uğurlu xarakter daşıyır.

Ordu.az xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

"Biz Türk dünyasının əsas mərkəzlərindən birində olmağımızdan məmnunuq. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatında sədrliyi davamlı və uğurlu xarakter daşıyır", - o bildirib.

Aripovun sözlərinə görə, 2025-ci ilin oktyabrında keçirilmiş Qəbələ sammiti (TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü - red.) təşkilatın inkişafı üzrə yeni istiqamətlərin müəyyən edilməsində mühüm mərhələ olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aripov   Azərbaycan   TDT  


Bizi "telegram"da izləyin