Overçuk: “Rusiya və Ermənistan İrəvanla Aİ arasında yaxınlaşma barədə söhbətlərə görə 5,1 milyard dollar itirib”

2021/09/overc-1632121557.jpg
Oxunub: 384     11:13     02 Aprel 2026    
“Rusiya və Ermənistan 2025-ci ildə qarşılıqlı ticarətdə İrəvanla Avropa İttifaqı arasında yaxınlaşma barədə müzakirələrə görə 5,1 milyard dollar itirib”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“2024-cü ilin sentyabrında biz erməni tərəfdaşlarımızın diqqətini Aİ-yə üzv olmaq istəyinə dair onların bəyanatlarının Rusiya sahibkarlarının Ermənistanla ticarətə münasibətinə mənfi təsir göstərdiyi faktına yönəltdik”, - deyə o qeyd edib.

Overçuk, həmçinin vurğulayıb: “Aİ ilə yaxınlaşma barədə bu söhbətlər yalnız Rusiya-Ermənistan münasibətlərinə real olaraq 5,1 milyard dollara başa gəlib”.

Rusiya baş nazirinin müavini konkret rəqəmlər də açıqlayıb. O bildirib ki, 2024-cü ilin sonunda Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət 11,5 milyard dollar təşkil edib, lakin 2025-ci ildə ilkin məlumatlara görə bu göstərici təxminən 6,4 milyard dollara enəcək.

“Necə düşünürsünüz, əgər rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa, Rusiyada erməni biznesinin mövcudluğuna rus sahibkarları necə reaksiya verəcək? Və sonra nə baş verəcək? Mən düşünmürəm ki, nə Ermənistan, nə də Rusiya bu sualın cavabını bilmək istəyir, halbuki bu aydındır”, - deyə Overçuk bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin